Ötən ildə Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində 4570 hadisə qeydə alınıb

post-img

Ermənistan Silahlı Qüvvələrinin və digər qoşunlarının hərbi hissələrində 4570 hadisə qeydə alınıb. Bu Ermənistan Baş prokuroru Anna Vardapetyanın yerli parlamentə təqdim etdiyi prokurorluğun 2022-ci ildəki fəaliyyəti haqqındakı hesabatda qeyd olunub. 

Ermənistan KİV-nin yaydığı məlumatda bildiilib ki, ötən ildə qeydə alınmış cinayətləri törədən şəxslərin 2 faizini cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayıb. Buna səbəb təqsirləndirilən şəxslərin müəyyən edilməsinin mümkün olmamasıdır.

Hesabatda qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, cari ildə də hərbi qulluqçuların tabeçilik qaydasına riayət etməmələri, nizamnamələrin tələblərindən kənar hərəkətləri, habelə hərbi xidmətkeçmə qaydaları əleyhinə olan cinayətlərin sayı artmaqdadır.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya