Minifutbol millimiz növbəti oyununa çıxır

post-img

Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri keçirilir. Bu gün turnirin növbəti matçları oynanılacaq. Bakı Tennis Akademiyasında 6 qarşılaşma keçiriləcək.

A və B qruplarında əvvəlcə 2-ci turun matçları, daha sonra isə hər qrupda 3-cü turun bir görüşü təşkil ediləcək. A qrupunda İtaliya, B qrupunda isə Türkiyə yığması 2 oyun keçirəcək.

Qeyd edək ki, A qrupunda mübarizə aparan, ilk turda Çexiya ilə qolsuz heç-heçə edən Azərbaycan millisi günün son qarşılaşmasında İtaliya seçməsi ilə üz-üzə gələcək.

Beynəlxalq Minifutbol Turnirinin bugünkü yarış cədvəlini təqdim edirik: 

A qrupu

12:30. İtaliya – Gürcüstan
15:30. Serbiya – Çexiya
20:30. Azərbaycan – İtaliya

B qrupu

11:00. Türkiyə - Ukrayna
14:00. Qazaxıstan – CAR
19:00. Türkiyə - Fransa


Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman