Günay Məmmədzadə 23-cüdür

post-img

Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprel ayı üçün reytinq cədvəlini açıqlayıb. "Ratings.fide.com" portalının məlumatına görə, qadınların siyahısında  çinli qrossmeyster Xou İfan liderlik edir.  Onun aktivimdə 2628 reytinq xalı var. Onu hindistanlı Xampi Koneru (2576 xal) və FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina (2565 xal) izləyirlər.

Azərbaycanlı qadın şahmatçılardan Günay Məmmədzadə siyahıda (2449 xal 23-cü, Ülviyyə Fətəliyeva (2401 xal ) 52-ci, Gövhər Beydullayeva (2375 xal) 71-ci, Gülnar Məmmədova (2349 xal) 96-cı yerdədirlər.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman