Teymur Rəcəbov ilk onluqda

post-img

Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprel ayı üçün reytinq cədvəlini açıqlayıb. "Ratings.fide.com" portalının məlumatına görə, siyahıya norveçli dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Dinq Liren (2788) üçüncüdür.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov ilk onluqda qərarlaşıb. Onun hesabında 2747 reytinq xalı var.  Həmyerlimi Şəhriyar Məmmədyarov isə 2738 xalla bir pillə geriləyərək siyahıda 16-cı yerdədir.

Azərbaycan şahmatçılarından Qədir Hüseynov (2661) 4 pilləlik irəliləyişlə siyahıda 79-cu sıraya yüksəlib. Reytinqdə 2 pillə irərliləyən Rauf Məmmədov isə (2646) 98-ci yerdədir.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman