XXVIII tur start götürür

post-img

Bu gün Misli Premyer Liqasında XXVIII  tur start götürəcək.  Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, bahar bayramından sonraya təsadüf edən çempionatın ilk matçı saat 15:30-da “Turan-Tovuz” və “Sumqayıt” klubları arasında keçiriləcək. 
Turun digər iki qarşılaşması sabah keçiriləcək. Belə ki, saat ­15:30-da “Kəpəz” klubu “Səbail”i qəbul edəcək. Günün digər oyununda “Zirə” komandası “Neftçi” ilə qarşılaşacaq. Həmin matç saat ­19:30-da start götürəcək. 
Ölkə çempionatı bazar günü başa çatacaq. İstirahət günü saat 15:30-da  “Şamaxı” “Qarabağ”la qarşılaşacaq. Tura “Sabah” – “Qəbələ”  matçı ilə yekun vurulacaq. Həmin görüş saat 18:00-da başlanacaq. 


Elçin AĞAMİRZƏ, 
“Xalq qəzeti”

İdman