“AAAF Xırdalan” çempionatın liderini büdrətdi

post-img

“Sərhədçi” İdman Mərkəzində, “Sabah” və “AAAF Xırdalan” komandaları arasında  Azərbaycan  Basketbol  Liqasının 23-cü turun açılış oyunu baş tutub. Bu barədə federasiyadan qəzetimizə bildiriblər ki, oyuna üstün başlayan  tərəf  “AAAF Xırdalan” basketbolçuları olublar. Sonadək üstünlüyü qoruyub saxlayan “AAAF Xırdalan”  komandası yekunda rəqib üzərində 84-69 hesablı qələbəyə sevinib. 

Oyunun ən məhsuldar basketbolçuları “Sabah BK” komandasından Entoni Patti (20 xal, 12 ribaund ), “AAAF Xırdalan BK”-dan isə  Deymon Makdouel ( 28 xal, 5 ribaund ) olublar.

Qeyd edək ki, 23-cü turun digər oyunları ( “NTD BK” – “Olimpik Şəki BK”, “Neftçi İK” – “Sərhədçi PİK”, “Gəncə BK” – “Zirvə Astara BK”) 1 və 2 aprel tarixlərində keçiriləcək

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

 

İdman