Gecənin ən maraqlı qarşılaşması:Türkiyə-Xorvatiya

post-img

Bu axşam “Avro-2024”-ün seçmə mərhələsində ikinci tur başa çatacaq. İlk oyun saat 20:00-da Gürcüstan-Norveç matçı ilə start götürəcək. Digər yeddi matç isə 22:45-də başlayacaq.

Qeyd edək ki, A qrupunda Gürcüstan – Norveç, Şotlandiya – İspaniya oyunları keçiriləcək. Hazırda qrupda İspaniyanın 3, Şotlandiyanın 3, indiyədək oyun keçirməyən Gürcüstanın 0 xalı var. Qrupun digər üzvləri Norveç və Kiprdə keçirdikləri matçlarda məğlub olduqları üçün xalsız qalıblar.

D qrupunda isə Türkiyə - Xorvatiya, Uels – Latviya qarşılaşmalarına şahidlik edəcəyik. Bu qrupda isə Türkiyənin 3. Uelsin 1, Xorvatiyanın 1, Latviya - 0 (oyun keçirməyib) xalı var. Ötən turda Türkiyəyə doğma meydanda məğlub olan Ermənistan isə xalsızdır- 0.

Üç qarşılaşmanın keçiriləcəyi I qrupunda İsveçrə - İsraili, Rumıniya – Belarusu, Kosovo – Andorranı sınağa çəkəcək. I qrupunda İsveçrənin - 3, Rumıniyanın – 3. Kosovonun – 1, İsrailin – 1 var. Andorra və Belarus isə keçirdikləri görşdə məğlub olduqları üçün xal toplaya bilməyiblər–0.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman

About Us

The argument in favor of using filler text goes something like this: If you use arey real content in the Consulting Process anytime you reachtent.

Instagram