Azərbaycanı badminton üzrə Avropa çempionatında iki idmançı təmsil edəcək

post-img

İspaniyanın Uelva şəhərində keçiriləcək badminton üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.

Badminton Federasiyasından XQ-yə bildirilib ki, turnirdə ölkəmizi iki idmançı təmsil edəcək. Belə ki, kişilərin şəxsi yarışında Edi Reski Dviçayo, qadınların şəxsi yarışında isə Keişa Fatimə Zəhra mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 6-dan 12-dək davam edəcək.

İdman