DÇ-2026-nın pley-off mərhələsi

post-img

Türkiyə millisi Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində Kosovanın qonağı olub. Matçın həlledici qolunu 53-cü dəqiqədə Kerem Aktürkoğlu vurub.

Beləliklə, Türkiyə yığması 24 il sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Belə ki, milli komanda sonuncu dəfə DÇ-də 2002-ci ildə oynayıb və turnirdə üçüncü yeri tutub.

Pley-off mərhələsinin digər görüşündə Bosniya və Herseqovina İtaliya yığması ilə qarşılaşıb. Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən (4:1) Bosniya və Herseqovina millisi sensasiyaya imza ataraq İtaliya yığmasını turnirdən kənarlaşdırıb.

Digər görüşlərdə İsveç – Polşa– 3:2, Çexiya – Danimarka – 2:2 (penaltilər: 3:1).

Qabil YUSİFOĞLU
XQ

İdman