İsveç-Azərbaycan matçına doğru

post-img

Bu axşam  “Avro-2024”-ün ikinci turu çərçivəsində daha səkkiz oyun keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

B qrupunda yer alan Niderland - Cəbəllütariqi,  İrlandiya - Fransanı qəbul edəcək. 

E qrupunda isə  Polşa - Albaniya, Moldova - Çexiya qarşılaşmaları oynanılacaq. 

F qrupunda yer alan Azərbaycan millisi İsveçin qonağı olacaq. Qrupun digər matçında Avstriya - Estoniyanı sınağa çəkəcək.

G qrupunda Macarıstan - Bolqarıstan,  Monteneqro - Serbiya oyunları keçiriləcək.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman