Beynəlxalq standart üzrə fəaliyyət davam edir

post-img

Azərbaycan Turizm və Menecment Universitetinin turizm və qonaqpərvərlik fakültəsində Norveç Krallığının DNV AS şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən İSO 9001:2015 – Keyfiyyət idarəetmə sistemi standartı üzrə yenidən sertifikatlaşdırma auditi keçirilmişdir. Auditi uğurla tamamlayan Azərbaycan Turizm və Menecment Universiteti “Turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması” sahəsində İSO 9001:2015-Keyfiyyət idarəetmə sistemi üzrə sertifikatını yeniləmişdir.

Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsi 20 noyabr 2019-cu il tarixində İSO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi sertifikatına layiq görülmüşdür. Həmin ildən etibarən, vaxtaşırı audit keçirilən ATMU, cari ildə sertifikatı yeniləyərək vaxtının növbəti üç il müddətinə uzadılmasına nail olmuşdur. 

ATMU-nun adıçəkilən sertifikata layiq görülməsi universitetdə kadr hazırlığında keyfiyyətinin beynəlxalq standartlara cavab verdiyinin və buna uyğun təhsil siyasəti həyata keçirdiyinin göstəricisidir. 

Qeyd edək ki, cari ilin may–iyun aylarında isə universitetin Turizm və qonaqpərvərlik və Sosial menecment fakültələrində İSO 21001:2018 – Təhsilin idarəedilməsi standartı üzrə auditin keçirilməsi nəzərdə tutulmuşdur. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

Elm