ADPU-da Beynəlxalq Pi Günü ilə bağlı intellektual yarış keçirildi

post-img

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TK TB) Riyaziyyat fakültəsi təşkilatının təşkilatçılığı ilə 14 mart – Beynəlxalq Pi Günü ilə bağlı intellektual yarış keçirilib. Yarışda universitetin Riyaziyyat fakültəsinin dekanı dosent Araz Fərəcov, dekan müavini Tünzalə
Hüseynova və fakültənin müəllimləri iştirak edib.

Ümumilikdə tələbələrdən ibarət beş komandanın qalibiyyət uğrunda mübarizə apardığı yarışda iştirakçılar öz biliklərini yoxlayıblar. İki mərhələdən yekununda səsləndirilən 45 sualdan ən çoxuna doğru cavab verən “Fateh” komandası qalib olub.

Qalib komanda diplomla mükafatlandırılıb, iştirakçılarla xatirə şəkli çəkdirilib.

66666.jpeg

Elm