Sabahdan “Novruz mühazirələri”nə başlanılır

post-img

Martın 3-dən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Novruz mühazirələri"nə başlanılır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində keçiriləcək ilk "Novruz mühazirəsi"ndə professor Ədalət Tahirzadə çıxış edəcək. Mühazirə "Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti" mövzusuna həsr olunacaq.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi 2016-cı ildən "Novruz mühazirələri" keçirir.

Elm