MEK-də “Hamlet İsaxanlı – 75” sərgisi təşkil edilib

post-img

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) fizika-riyaziyyat elmləri doktoru, professor, ictimai xadim, şair, yazıçı, publisist, tərcüməçi, Xəzər Universitetinin və Dünya məktəbinin təsisçisi Hamlet İsaxanlının 75 illik yubileyi münasibətilə kitab sərgisi təşkil edilib.

Sərgidə çox geniş yaradıcı fəaliyyətlə məşğul olan H. İsaxanlının “Poetik tərcümələr”, “Bu da bir həyatdı”, “Elm və sənət məclisi”, “Azərbaycan sevgi poeziyası”, “Müasir dünyada ali təhsil sistemində nələr baş verir”, “The Azerbaijan language” kimi dərslik, monoqrafiya və poetik əsərləri, tərcümələri, həyat və fəaliyyətindən bəhs edən “Hamlet İsaxanlı. Alim və qurucu ömrü” kitabı nümayiş etdirilir.

Qeyd edək ki, sərgi 15 gün ərzində davam edəcək.

Elm