Azərbaycan xalqının toy adətlərinə həsr olunmuş kataloq

post-img

Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycan xalqının toy adətləri” adlı kataloqu nəşr olunub.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Nəşrin elmi redaktoru muzeyin direktoru akademik Nailə Vəlixanlı, mətnin müəllifi dosent Tural Şiriyevdir. Kataloq Azərbaycan xalqının ailə məişətində xüsusi yeri olan ənənəvi toy adətlərinin muzeyin materialları əsasında öyrənilməsinə həsr edilib. Kataloqda ənənəvi toy mərasiminin ayrı-ayrı mərhələləri haqqında məlumat verilir və muzeyin zəngin kolleksiyasında qorunan müvafiq etnoqrafik materiallar (xınabənd, xına camı, qurşaq, duvaq, bəxt aynası, gəlin libası, xonça örtüyü, məcməyi, gərdək torbası və s.) təqdim olunur.

Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşrdə muzeyin fondlarında qorunan eksponatlardan istifadə edilib.





Elm