Bölgələrə leysan yağacaq, dolu düşəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi­nin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən iyunun 2-də Ba­kıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulaca­ğı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 16-21°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 762 mm civə sütunu­na yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə ya­ğış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlar­da duman olacaq. Şərq küləyi əsəcək, gün­düz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gün­düz 28-33°, dağlarda gecə 8-13°, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya