Tərifləməklə tərbiyələndirmə

post-img

Adətən bir çox Afrika qəbilələrinin vəhşi, qəribə ayinləri haqqında çox eşitmişik. Bu dəfə isə bütün bəşəriyyətə örnək olacaq bir adətdən danışacağıq. 

Bu ölkədə yaşayan qədim bir qəbilənin çox gözəl bir ayini var. Belə ki, cinayət törədən qəbilə üzvü qəsəbənin mərkəzinə gətirilir və burada kütlə tərəfindən əhatəyə alı­nır. İki gün ərzində canini tanıyanlar onun haqqında xoş xatirələrini bölüşür, etdiyi yaxşılıqlara görə təşəkkür edirlər. 

Bu ayini yerinə yetirməklə düşünürlər ki, insan dünya­ya günahsız gəlir. Hər kəs xoşbəxtlik, sevgi və təhlükəsiz dünya arzulayır. Lakin bəzən bu dəyərləri axtararkən özü­nü itirib səhvlər edir. Həmin şəxsin yanlışlıqları isə çarəsiz­lik, yardıma ehtiyac siqnal kimi dəyərləndirilir. 

Ayinə görə, özü barədə xoş sözlər eşidən cani “günah­lardan” təmizlənir və yenidən öz həyatına davam edir.

F.HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya