Marsda nəhəng buzlaq

post-img

Marsın, təqribən, Fransa ərazisi boyda bir sahəsində buzlaq olduğu aşkar edilib. Alimlər bu buzlağın Qrelandiya adasını örtən buzlaqların yarısı və Antarktikadakı buzlaqların 4 faizi qədər olduğunu bildirirlər. 

Geofizika mütəxəssisi Mariya Zuber Mars buzları­nın əridiləcəyi təq­dirdə 1,2-1,7 milyon kubmetr həcmdə su əldə ediləcəyini və bunun ABŞ-ın ərazisi­nin 70 faizini 30 metr su altında qoya bilə­cəyini bildirmişdi. Di­gər mütəxəssislər isə su ehtiyatının daha az olduğunu deyirlər. Mars suyunun Yerdəki bir okeanı doldura biləcək həcmdən 10 dəfə az olduğunu bildirirlər. Mütəxəssizlərin fikrincə, həm də su­yun tərkibi bizim planetin suyundan fərqlidir. 

Hesablamalara görə, ehtimal olunan bir asteroidin aç­dığı kraterdə yerləşən buzlağın genişliyi 1207, qalınlığı isə 2,9 kilometrdir. Buzlaqda bir çox təpə və çökəkliklər var. Həmin çökəkliklərdən birinin hətta ABŞ-ın “Grand Canyon” vadisindən daha dərin olduğu qeyd edilir.

Pünhan ŞÖVKƏTOĞLU, “Xalq qəzeti”

Dünya