Süni intellekt qorxu törədir

post-img

Süni intellekt üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində təhlükəli hesab edirlər. “OpenAI”, “Google DeepMind”, “Anthropic” kimi aparıcı süni intellekt şirkətlərinin rəhbərləri süni intellektin bəşəriyyət üçün yaratdığı təhlükə ilə bağlı yeni xəbərdarlıq ediblər. Onlar bu barədə bəyanat hazırlayıblar. Xəbəri CNN yayıb.

Qeyd edək ki, süni zəka riskləri barəsində məlumat­ları özündə birləşdirən və bu sahədə çalışan 350 nəfər şirkət rəhbəri tərəfindən imzalanmış sənəd “Center for AI Safety” adlı qeyri-kommersiya təşkilatı tərəfindən təqdim ediləcək. Bəyanatı imzalayanlar arasında “Go­ogle DeepMind”in baş direktoru Demis Hassabis və “ChatGPT”ni hazırlayan “OpenAI” şirkətinin baş direk­toru Sam Altman da var.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Son xəbərlər