Yayın ilk gününün yağışı

post-img

Sosial şəbəkələrdə təbiətin qeyri-adi gözəllikləri ilə bağlı duyğulu paylaşımlar edən bir ziyalı xanım dünən özünün “Facebook” səhifəsində respublikanın bəzi dağətəyi rayonlarında yayın ilk günündə yağan yağışla əlaqədar belə yazıb: 

“Yay yağışı çox gözəldir. Bəlkə də mən yayda yagışı çox sevirəm deyə, o, belə gözəldir? Kim bilir? Hər halda yay yağışı­nın qeyri-adi bir sehri, əsrarən­gizliyi var. 

...Yadımdadır, uşaqlıq çağlarımda yağış yağarkən çox se­vinərdim. Bir dəfə əlində dəryazla kəndimizdəki çəmənliyə ot biçininə getməyə hazırlaşan babam dedi ki, ay bala, sən yağışa sevinirsən, mənim isə işim tökülüb qalır. 

Nənəm babamı qınayıb dedi: 

--Uşağın xətrinə dəymə! Yağış göylərin nurudur...

İndi hər dəfə yayda yağış yağanda rəhmətlikləri xatırlayı­ram. İstər-istəməz, kövrəlirəm.

Bu məqamda yadıma Müşfiqin “Yağış yağır, rəqs eləyir gur damcılar” misrası ilə başlanan şeri düşdü. 

Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat