“Qırmızı cırtdanlar”ın həyat şəraiti

post-img

Alimlərin apardıqları yeni tədqiqata əsasən, kainatda ən çox yayılmış ulduz növü olan “qırmızı cırtdan”ların ətraflarında dövr edən hər üçüncü planet, demək olar ki, həyat üçün münbit şəraitə malikdir. 

Mütəxəssislər “Gaia” və “Kepler” teleskopları vasitəsilə top­lanmış məlumatları təhlil etdikdən sonra belə qənaətə gəliblər. Həmin teleskoplar vasitəsilə əldə edilmiş görüntülər sayəsində alimlər daha əvvəl belə ekzoplanetlərin orbitləri haqda məlumatlı idilər. Belə ki, əvvəllər kəşf edilmiş ekzoplanetlərin 30 faizi həyat üçün əlverişli şəraitə sahib ola bilər. Teleskopların məlumatları əsasında “qırmızı cırtdan”ların ətrafındakı 163 ekzoplanetin orbiti müəyyən olunub.

Xatırladaq ki, bu “cırtdanlar” qalaktikamızda geniş yayılmış ulduz növləridir. Onlar Yupiterin ölçüsündə olduqlarına görə pla­netlər onların ətrafında daha yaxın orbit üzrə dövr edə bilir. Hətta belə hallarda həmin planetlər üçün heç bir təhlükə olmur. 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Sosial həyat