Bəzi yerlərə leysan yağacaq, dolu düşəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Na­zirliyi Milli Hidrometeorologiya Xidmə­tinin məlumatına əsasən mayın 25-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək. Gecə 17-22°, gün­düz 25-30°, bəzi yerlərdə 33°-dək isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlər­də leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə ara­bir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 30-35°, dağlar­da gecə 7-12°, gündüz 12-17°, bəzi yerlərdə 20-24° isti olacaq. 

Q.QASIMOV, “Xalq qəzeti”

Ekologiya