Dağlıq ərazilərə yağış yağacaq, duman olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Na­zirliyi Milli Hidrometeorologiya Xidmə­tinin məlumatına əsasən mayın 23-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Gecə 14-18°, gün­düz 24-29° isti olacaq. Atmosfer nor­ma daxilində 760 mm civə sütunu,nis­bi rütubət 65-75 faiz olacaq. 

Azərbaycanın rayonlarında, əsasən, yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30°, dağ­larda gecə 5-10°, gündüz 13-18° isti olacaq. 

Q.QASIMOV, “Xalq qəzeti”

Ekologiya