Martın 18-nə olan hava proqnozu

post-img

Martın 18-də

Bakıda və Abşeron yarımadasın­da dəyişkən buludlu olacağı, arabir tutulaca­ğı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam sa­atlarında duman olacaq. Şimal-qərb küləyi əsəcək. Gecə 6-9°, gündüz 13-18° isti ola­caq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi yer­lərdə arabir yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-8°, gündüz 14-19° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 0-5° , gündüz 6-11° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbə­cər, Qubadlı, Laçın, Zəngilan rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözləni­lir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 0-5°, gündüz 7-12° isti ola­caq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında bəzi yerlərdə arabir ya­ğış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-10° , gündüz 14-19° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qu­sar rayonlarında bəzi yerlərdə arabir yağın­tılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə inten­siv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4-9° , gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq. 

Mingəçevir, Yevlax, Göyçay, Ağ­daş, Kürdəmir, İmişli, Ağcabədi, Bey­ləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şir­van, Hacıqabul, Salyan, Neftçala rayon­larında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsilək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-10°, gündüz 15-19° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə fasilələr­lə yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 7-10°, gündüz 13-18°, dağ­larda gecə 7-9°, gündüz 10-12° isti olacaq. 

 

Ekologiya