“TikTok”dan yeni funksiya…

post-img

Çoxlarının hər gün saatlarla vaxt keçirdiyi “TikTok” tətbiqinə yeni funksiyanın əlavə olunacağı bildirilib. Bu funksiya istifadəçilərə müəyyən mövzulardan daha səmərəli maariflənmək üçün izləmə imkanı verəcək. 

Yeni əlavə “STEM” adla­nır. Bu səhifədə yalnız elm, texnologiya, mühəndislik və riyaziyyatdan məzmun­lar yerləşdiriləcək. “TikTok” şirkəti yeni tətbiqin ABŞ-da prezentasiya ediləcəyini bil­dirib. Geniş miqyasda nə vaxt təqdim olunacağı hələ məlum deyil. 

“STEM” tətbiqə iki funksi­ya ilə yanaşı əlavə olunacaq. Belə ki, ekranın yuxarı hissə­sində izlədiyiniz və “kəşf et” bölməsini gördüyümüz axın səhifələrinin yanında “STEM” bölməsi olacaq .

Qeyd edək ki, yerləşdi­rilən məzmunların təhlükə­siz və yaş qruplarına uy­ğun olmasını təmin etmək məqsədi daşıyan “Common Sense Networks” şirkəti vi­deoları nəzərdən keçirəcək. “Poynter” araşdırma təşki­latı məlumatların internetdə olub-olmadığını yoxlayacaq. Bununla da dezinformasiya­nın qarşısı alınacaq.

Xatırladaq ki, platforma son vaxtlar qeyri-dəqiq məz­mununa görə, sərt şəkildə tənqid olundu. Şirkət bu gün fərqli mövzulara fokuslanan axınları sınaqdan keçirdiyi­ni açıqlayıb. Bununla da biz tezliklə tətbiqdə müxtəlif ka­teqoriyalardan olan səhifələri izləyəcəyik.

 

Aytən NƏCƏFOVA,

“Xalq qəzeti”

Son xəbərlər