Qızlar ata-ananın ömrünü uzadır…

post-img

Əgər hər hansı bir oğul anasından valideynlik illərinin necə keçdiyini soruşsanız, o, yəqin ki, sizə oğlan uşağı böyütməyin həm şərəfli olduğunu, eyni zamanda da, bunun mənfi tərəflərinin də olduğunu söyləyəcək. 

Araşdırmada yaşı 50-dən yuxarı olan 13 mindən çox valideyn arasında sorğu keçirilib. Ən azı bir oğlu olan valideynlərin qız ata-ana-ları ilə müqayisədə daha yaşlı olması diqqət çəkib. Birdən çox oğlu olanlar dər­ketmə qabiliyyətini tək qızı olanlara nisbətən daha tez itiriblər. 

Tədqiqat ABŞ və Çexi­yadan olan alimlər tərəfin­dən aparılıb. Onlar hesab edirlər ki, kişi valideynlərin daha tez qocalmasının sə­bəbi oğlanların qızlara nis­bətən daha az fəal olmala­rıdır ki, bu da valideynlərin psixi sağlamlığının pisləş­məsinə səbəb olur.

Nyu-Yorkdakı Kolumbi­ya Universitetinin tədqiqat­çısı Katrin Volfova deyib: “Ən azı bir oğlu olan vali­deynlər, uşağı olmayanlar­la müqayisədə daha sürətli əqli geriləməyə məruz qa­lıblar. Nəticələr göstərir ki, təsirlər bioloji deyil, sosial xarakter daşıyır, çünki biz ata və analarda oxşar ten­densiyaları müşahidə etdik”

Bundan əlavə, tədqiqat­çılar əmindir ki, qızlar oğlanlara nisbətən daha çox emosional və sosi­al dəstəyə hazır olduqları üçün daha mərhəmətli ol­mağa meyllidirlər.

Beləliklə, qız övladının olmasının faydaları daha çoxdur. Bu, valideynin sağ­lamlığının qorunmasına, hər hansı depressiya hal­larından uzaq olmasına və xəstəlik riskinin azalmasına kömək edir.

Son sözümüz budur ki, bütün övladlar gözəldir, amma tədqiqatdan bəlli ol­duğu kimi, qızlar valideynin ömrünü uzadır. Bunu təkcə iki qız uşağının anası oldu­ğum üçün yazmıram, ona görə yazıram ki, qızları olan ata-analar “Allah niyə mənə oğul vermədi?”, – deyib na­rahat olmasınlar.

 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Sosial həyat