Martın 15-də hava necə olacaq?

post-img

Martın 15-də 

Bakıda və Abşeron yarımadasın­da dəyişkən buludlu olacağı, arabir tutu­lacağı, əsasən yağmursuz keçəcəyi göz­lənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 5-7°, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehti­malı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-10°, gündüz 18-23° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xo­cavənd, Ağdam, həmçinin Daşkəsən-Gə­dəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-8°, gündüz 10-15° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbə­cər, Qubadlı, Laçın, Zəngilan rayonların­da əsasən yağmursuz keçəcək. Lakin gecə yüksək dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-8°, gündüz 10- 15° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-10°, gündüz 16-21° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mü­layim şərq küləyi əsəcək. Gecə 5-9°, gün­düz 15-20°, dağlarda gecə 0-5°, gündüz 10-15° olacaq. 

Mingəçevir, Yevlax, Göyçay, Ağ­daş, Kürdəmir, İmişli, Ağcabədi, Bey­ləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şir­van, Hacıqabul, Salyan, Neftçala rayon­larında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-10°, gündüz 17-22° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq əra­zilərdə yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 7-10°, gündüz 14-19°, dağlarda gecə 5-7°, gündüz 10-15° isti olacaq. 

 

Ekologiya