Yaponiyada bərpaolunan enerji istehsalı sahəsində uğurlu nəticələr əldə olunur. Bu günlərdə məlum olub ki, bir il ərzində Tokionun Narita hava limanının ərazisində sahəsi, təxminən, 200 hektar olan günəş paneli quraşdırılacaq.
“Gündoğar ölkə”nin NHK telekanalı məlumat yayıb. Məlumata görə, bu, dünyada hava limanlarında quraşdırılmış ən böyük günəş paneli olacaq. Layihəyə əsasən, onun gücü 180 MVt olacaq. O, Narita hava limanının ümumi enerji tələbatının təxminən 40 faizini ödəyə biləcək. Nəhəng günəş panelinin yaradılması və quraşdırılması ilə hava limanının idarəedici şirkəti və “Tokyo Gas” korporasiyası birlikdə məşğul olacaq. Onlar bu layihə üçün vençur şirkət də təsis ediblər. Layihə enerji təhlükəsizliyinin artırılmasına və hava limanının dekarbonlaşdırılmasına yönəldilib.
Yaponiyanın digər böyük şəhərlərindəki aeroportlarda da yaxın gələcəkdə günəş panellərinin quraşdırılması da nəzərdə tutulub.
“Xalq qəzeti”

