Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İslam Həmrəyliyi İdman Federasiyalarının (İHİF) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Xarici əlaqələr şöbəsinin direktoru Anar Bağırov İHİF-in Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən növbədənkənar Baş Assambleyada iştirak ediblər.
MOK-un mətbuat xidmətindən aldığımız məlumata görə, toplantıda İHİF-in prezidenti Şahzadə Abdulaziz Bin Turki Al-Faisal Al Saud və İHİF-in rəsmi nümayəndələri çıxış ediblər.
Qeyd edilib ki, İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, həmçinin İcraiyyə Komitəsinin iclasında iştirak edib, eləcə də toplantı çərçivəsində qurumun prezidenti Şahzadə Abdulaziz Bin Turki Al-Faisal Al Saud ilə görüşüb.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

