Yeniyetmə stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli “Eurotalents Development Camp U-13” təlim-məşq toplanışı və turnirində iştirak etmək üçün Rumıniyanın Buxarest şəhərinə yola düşüblər.
Azərbaycan Stolüstü Tennis Federasiyasının məlumatına görə, onlar seçmə komandanın məşqçisi Elnur Hidayətzadənin rəhbərliyi ilə martın 19-dək keçiriləcək toplanışda bacarıqlarını artıracaqlar.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

