Martın 11-nə olan hava proqnozu

post-img

Martın 11-də

Bakıda və Abşeron yarımada­sında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Gecə 5-8°, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 1-6° isti, dağlıq ərazilərdə 2°-dək şaxta, gündüz 15-20° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xo­cavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman, səhər az çiskin olacaq. Mülayim qərb külə­yi əsəcək. Gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbə­cər, Qubadlı, Laçın, Zəngilan rayonların­da əsasən yağmursuz keçəcək. Bəzi yer­lərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5° isti, dağlıq ərazilərdə 3°-dək şaxta, gündüz 7-12° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mü­layim qərb küləyi əsəcək. Gecə 2-7°, gün­düz 15-20° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mü­layim qərb küləyi əsəcək. Gecə 2-7°, gün­düz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq. 

Mingəçevir, Yevlax, Göyçay, Ağ­daş, Kürdəmir, İmişli, Ağcabədi, Bey­ləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şir­van, Hacıqabul, Salyan, Neftçala rayon­larında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 3-8°, gündüz 17-22° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkə­ran, Astara rayonlarında əsasən yağmur­suz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 5-8°, gündüz 14-19°, dağlarda gecə 5-8°, gündüz 9-13° isti olacaq. 

 

Ekologiya