Aİ Rusiyanın aktivlərini dondurub

post-img

Avropa İttifaqı 2023-cü ilin mart ayına kimi sanksiyalara məruz qalmış Rusiya vətəndaşlarının 20,9 milyard avro həcmində aktivlərini dondurub. Məlumatı “İzvestiya.ru” verib.

Məlumata görə, Ukrayna­da xüsusi hərbi əməliyyatdan əvvəl Rusiyanın Aİ-yə yatır­dığı investisiyaların ümumi həcmi 136 milyard avro olub. Hazırda təşkilatın yaratdığı xüsusi qrup aradakı 115 mil­yard avro fərqin axtarışı ilə məşğuldur. 

Rusiya Prezidentinin mət­buat katibi Dmitri Peskov isə dünən brifinqdə deyib ki, aktivlərin dondurulması bey­nəlxalq hüququn pozulması, dövlət və özəl mülkiyyətə, eləcə də dünya iqtisadiyya­tının əsaslarına müdaxilədir. Onun sözlərinə görə, bu ad­dım qeyri-legitimdir və Rusi­ya buna qarşı mübarizə apa­racaq. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər