Si Cinpin üçüncü müddətə ÇXR sədri seçilib

post-img

Dünən Pekində Çinin ali qanunverici orqanı Xalq Nümayəndələri Yığıncağının növbəti illik sessiyası keçirilib. 

İclasda hazırkı dövlət baş­çısı, Çin Kommunist Partiya­sı Mərkəzi Komitəsinin baş katibi Si Cinpin yenidən ÇXR sədri seçilib. Bu, onun 3-cü müddətə (2023-2028) sədrlik dövrü olacaq. Bununla da Si Cinpin Çində sosialist inqila­bının banisi Mao Se Dundan sonra ölkəyə 3-cü müddətə rəhbər seçilmiş ilk şəxs olub.

Si Cinpin həm də ölkə­nin Silahlı Qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədri seçilib. Dövlət Şurası sədri­nin hazırkı müavini Han Cen isə ÇXR sədrinin müavini se­çilib.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər