Dünən Ukraynada müharibə bütün şiddətilə davam edib. Prezident Volodimir Zelenski bəyan edib ki, ölkənin 10 regionuna çoxsaylı raket zərbələri endirilib. Xəbəri UNİAN verib.
Məlumata görə, Kiyev, Kirovoqrad, Dnepropetrovsk, Odessa, Xarkov, Zaporojye, Lvov, Jitomir, Vinnitsa vilayətləri və İvano-Frankovsk rayonuna, ümumilikdə, 81 raket atılıb. Ölən və yaralananlar var.
Ukrayna, eyni zamanda, ABŞ və Almaniyanın vəd etdiyi ilk raket əleyhinə “Patriot” sistemini alıb. Yaxın vaxtlarda Niderlandın da Kiyevə bir neçə “Patriot” sistemi göndərəcəyi gözlənilir. Polşa və Slovakiya isə Ukraynaya “Miq-29” döyüş təyyarələri göndərməyə hazırdır. Dünən həm də Finlandiyanın Baş naziri Sanna Marin Kiyevə səfərə gəlib.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

