Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbəti prezident və 28-ci çağırış parlament seçkilərinin 14 may 2023-cü ildə keçirilməsi ilə bağlı qərar imzalayıb.
Prezident seçki prosesinə həsr olunmuş tədbirdə bəyan edib: “Konstitusiyanın 116-cı maddəsinin verdiyi səlahiyyətə əsasən, 18 iyun 2023-cü ildə keçirilməli olan seçkilərin mayın 14-də bərpası haqqında qərar imzaladım. “Rəsmi xəbərlər”də dərc olunacaq bu qərara uyğun olaraq, Seçki Komissiyası iki aylıq seçki gündəliyini tərtib edəcək”.
Ərdoğan onu da bildirib ki, Türkiyənin gələcəyinə yol fevral zəlzələsinin nəticələrini aradan qaldırmaqdan keçir. Onun sözlərinə görə, zəlzələdə ölənlərin sayı 47 mindən çoxdur. 14 milyon insan isə fəlakətin mənfi nəticələri ilə üzləşib. Hökumət bu il 319 min bina və 75 min kənd evi tikəcək.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

