Lui Bono erməni sakinlərin reinteqrasiyası məsələsində Azərbaycanın baxışları barədə məlumatlandırılıb

post-img

Martın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən bildiriblər ki, görüş zamanı Azərbaycan–Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin ha­zırkı vəziyyəti, Münxen Təhlükəsizlik Konfransı zamanı liderlər arasında ke­çirilmiş görüşdən irəli gələn məsələlər, Naxçıvana maneəsiz keçidi təmin edə­cək kommunikasiyanın təmin edilməsi və delimitasiya prosesi üzrə cari vəziy­yət və perspektivlər müzakirə olunub. 

Nazir Ceyhun Bayramov üçtərəfliBəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüv­vələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mütəmadi hərbi təxri­batlarını davam etdirdiyini diqqətə çat­dırıb. Nazir, eyni zamanda erməni sa­kinlərin reinteqrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər