ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə Rumıniya Diplomatik İnstitutu arasında birgə tədqiqat və diplomatik kadr hazırlığı sahəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumu çərçivəsində xarici siyasət və beynəlxalq münasibətlər üzrə diplomatların və mütəxəssislərin yetişdirilməsi və onların bacarıqlarının inkişafı üçün birgə tədqiqatlar həyata keçiriləcək. Tərəflər, həmçinin gənc diplomatların biliklərinin artırılması məqsədilə tədris materiallarının mübadiləsini təmin edəcək və onların potensialının gücləndirilməsi üçün mübadilə proqramı təşkil edəcək.

