Martın 8-də hava necə olacaq?

post-img

Martın 8-də

Bakıda və Abşeron yarımadasında də­yişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Gecə 4-7°, gündüz 10-15° isti ola­caq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə enəcək, nisbi rütubət 60-70 faiz ola­caq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sə­dərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 13-18° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağ­dam, həmçinin Daşkəsən-Gədəbəy rayonla­rında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5°, gündüz 7-12° isti, dağlıq ərazilərdə gecə 7°-dək şaxta, gündüz 2°-dək isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsə­cək. Gecə 2-6°, gündüz 10-15° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şab­ran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gün­düz 3-8° isti olacaq. 

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabi­rabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmur­suz keçəcək. Lakin səhər bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 3-7°, gündüz 12-17° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Asta­ra rayonlarında əsasən yağmursuz keçəcək. La­kin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 4-7°, gündüz 10-15°, dağlarda gecə 3-6°, gündüz 8-11° isti olacaq. 

 

Ekologiya