Fransada hökumətə qarşı etirazlar artır

post-img

Fransada son vaxtlar prezident Emmanuel Makronun həyata keçirdiyi islahatlara qarşı etirazlar genişlənir. Xüsusən pensiya islahatları ciddi narazılıqlar yaradır. Dünən ölkənin həmkarlar ittifaqları bu islahatlara etiraz olaraq, ölkədəki bütün dörd maye qaz terminalının fəaliyyətini dayandıracağını bəyan edib. “Elengy” şirkətinin üç obyekti bir həftə, “Fluxys” terminalı isə iki sutka işləməyəcək. Məlumatı “İnterfaks.ru” verib.

Hazırda Fransa Avropada ən iri maye qaz alıcısı hesab olunur. Qitədə bütün maye qaz idxalının 27 faizi məhz bu ölkə­nin payına düşür. Martın ilk beş günündə Fransa terminalları qaz nəqli sisteminə sutkada 117 milyon kubmetr mavi ya­nacaq ötürüb.

Məlumata görə, hazırda Fransanın qaz ehtiyatları digər Avropa ölkələri ilə müqayisə­də çox azdır və cəmi 38 faiz təşkil edir. Ona görə də həm­karlar qeyd olunan addımları atarsa, hökumət sistemdə qaz çatışmazlığını qonşu ölkələrin hesabına aradan qaldırmağa çalışacaq. Lakin bunun bazar qiymətlərində özünü göstərə­cəyindən ehtiyat edilir.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər