Lənətə gəlmiş alman şəhəri

post-img

Arxeoloqlar Şimal dənizində orta əsrlərə aid alman şəhəri tapıblar. Ehtimal olunur ki, bu vaxtilə lənətlənmiş Runqholt şəhəridir. 

Qeyd olunub ki, Südfall adasının yaxınlığında yerləşən qə­dim yaşayış məskəninin ərazisi 10 kvadratkilometrdən artıqdır. Tədqiqat yerində elm adamları drenaj sistemlərini, dəniz bəndini və kiçik kilsələrin də yerini müəyyən ediblər.

Rəvayətə görə, bir gün qoca keşiş kilsəyə gedərək Allahdan əxlaqsız həyat sürən Runqholt şəhər sakinlərinin cəzalandırıl­masını xahiş edir. Ertəsi gün o, şəhəri tərk edəndə şiddətli bir tufan qopur və Runqholt yerlə-yeksan olur.

Bu rəvayətin nə qədər dürüst olduğunu demək çətindir. Hər halda od olmayan yerdən tüstü çıxmır. 

Fidan SALMAN, “Xalq qəzeti”

Dünya