Böyük İsgəndər bəstəboy olubmu?!

post-img

Makedoniyalı İsgəndər və ya Böyük Aleksandr (e.ə 356-323-ci illər) dünyanın ən dahi sərkərdələrdən biri sayılır. Lakin qədim mənbələrə görə, o, fiziki baxımdan o qədər də cazibədar olmayıb. Bəstəboy və cüssəsiz sərkərdə içki aludəçisi olub, onun cır səslə danışdığı, cığal və ədalətsiz olduğu da deyilir.

Yaşa dolduqca İsgəndər səksəkəli və divanə bir adama çevrilib. Bununla belə, qısa ömrünün 20-ci ilindən başla­nan onillikdə İsgəndər Misir­dən Hindistanadək böyük bir imperiya qura bilib. O heç bir döyüşdə məğlub olmayıb, mü­haribə taktikasını təkmilləşdi­rib və Misirdəki İsəndəriyyə də daxil olmaqla adını daşıyan 20 şəhər salıb. 

Bəlkə, sərkərdənin böyük hərbi uğurlarını, fəthlərlə dolu ömrünü nəzərə alaraq, ona “Böyük İsgəndər!” deyiblər. 

P.ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya