Türkiyə təyyarələri Rumıniya səmalarında

post-img

NATO-nun həyata keçirdiyi Gücləndirilmiş Sayıqlıq Fəaliyyətləri çərçivəsində Rumıniya hava məkanında keçirilən hərbi təlim uçuşunda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr də iştirak edir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat paylaşıb.


Bildirilib ki, təlim uçuşlarında Türkiyəyə məxsus ümumilikdə 4 hərbi təyyarə iştirak edib. Onlardan 2 ədəd F-16, 1 ədəd KC-135R və 1 ədəd E-7T HİK təyyarəsi təşkil edib.


Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya