Hamiltonda Azərbaycan bayrağı

post-img

Kanadanın Ontario əyalətinin Hamilton şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Bayrağının qaldırılma mərasimi keçirilib.

Hamiltondakı Azərbaycan icmasının təşkilatçılığı ilə şəhərin “City Hall” mərkəzində təşkil olunan mərasimdə üçrəngli bayrağımız Dövlət Himnimizin sədaları altında səmaya ucaldılıb. 

Azərbaycan icmasının üzvləri bayram sevinclərini bölüşərək dövlət bayrağımızın fonunda xatirə şəkilləri çəkdiriblər. 

Fotoqraf İsmayıl Hüseynov soydaşlarımızın sevincli anlarını fotoobyektivə köçürərək Toronto Azərbaycan Evindəki sərgidə nümayiş etdirib.

Qeyd edək ki, Hamilton şəhərində Azərbaycan Bayrağı 26-29 may tarixlərinədək dalğalanıb.

Səadət RZAYEVA,
“Xalq qəzeti”







Dünya