Rusiya Ukrayna ərazisində elit aviasiya qrupu yaradır

post-img

Rusiya “Fırtına” kod adlı yeni elit aviasiya qrupu yaradır. Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub ki, bu qrup Ukrayna ərazisində fəaliyyət göstərəcək.

Məlumatda qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi yüksək maaş ödəməklə ixtisaslı pilotları aviasiya qrupuna cəlb etmək planı üzərində çalışır.

Bölmənin tərkibinə gəlincə isə, Su-24 və Su-34 qırıcı-bombardmançılarından ibarət ən azı bir eskadrilya, həmçinin hücum helikopter eskadrilyaları daxil olacaq.

 

Rizvan FİKRƏTOĞLU, 

“Xalq qəzeti”

Dünya