Ukrayna Baş Qərargahı: Rusiyanın 201 mindən çox hərbçisi öldürülüb

post-img

Ukrayna Baş Qərargahı Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Ukrayna Baş Qərargahının məlumatında bildirilib ki, Rusiya silahlı qüvvələri indiyə qədər 201 100 hərbçi, 3773 ədəd tank, 7373 ədəd zirehli döyüş maşını, 3198 ədəd artilleriya sistemi, 563 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 318 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6063 ədəd avtomobil texnikası, 2759 ədəd PUA, 982 qanadlı raket, 18 gəmi/qayıq, 418 xüsusi avadanlıq itirib.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya