DÇ 2026-nın loqosu ictimaiyyətə təqdim edilib

post-img

FİFA 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə 23-cü Dünya çempionatının (DÇ) loqosunu ictimaiyyətə təqdim edib. "Sport-Express.ru"nun  məlumatına görə, loqoda kubokun təsviri ilə yanaşı, yarışın keçiriləcəyi tarix əks olunub.

Bildirilir ki, yeni loqonun təqdimat mərasimi Los-Ancelesdə ABŞ, Kanada və Meksikadan olan xüsusi qonaqlarıı iştirakı ilə baş tutub. Mərasimdə FİFA prezidenti Canni İnfantino,  braziliyalı ikiqat dünya çempionu Ronaldo və digər mötəbər qonaqlar iştirak ediblər.

Onu da əlavə edək ki, 2026-cı ildə ABŞ, Kanada və Meksikada baş tutacaq 23-cü mundialda ilk dəfə olaraq 48 komanda iştirak edəcək.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"



İdman