ABŞ İsrailə “hərəkət azadlığı” verəcək

post-img

İran nüvə silahı əldə etməyə çalışsa, ABŞ İsrailin “fəaliyyət azadlığı” hüququnu tanıyacaq. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunda çıxış edərkən deyib. Məlumatı TASS verib.  

“Biz İrana açıq şəkildə bildirdik ki, heç bir halda onlara nüvə silahı əldə etməyə icazə verilməməlidir” - Sallivan bildirib.  

Qeyd edək ki, İsrail hakimiyyəti bu cür silahların hazırlanması halında İrana zərbələr endirməyi istisna etməyib.

Anar Əli,
“Xalq qəzeti”

Dünya