Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri davam edir. Bakı Tennis Akademiyasında təşkil edilən yarışda bu gün “pley-off” və yarımfinal oyunları keçiriləcək.
A qrupunu 8 xalla 3-cü pillədə başa vuran Azərbaycan millisi yarımfinala yüksəlmək uğrunda Fransa ilə qarşılaşacaq. Digər cütlükdə isə Çexiya və Ukrayna seçmələri üz-üzə gələcəklər.
Bu cütlərin qalibləri axşam saatlarında yarımfinal mərhələsində müvafiq olaraq Serbiya və Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcəklər.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”