Ötən ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin nəzdində Şuşa STEAM Mərkəzi fəaliyyətə başlayıb.
Qarabağın incisi Şuşada elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın vəhdətini özündə birləşdirən STEAM ilə gənclərimiz innovativ bilik və bacarıqlar qazanacaqlar.
Qeyd edək ki, STEAM Elm və Təhsil Nazirliyinin layihəsidir və 2019–2020 tədris ilindən start götürüb. STEAM elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat sözlərinin baş hərflərindən yaranan qısaltmadır və bu fənləri inteqrasiya edərək tədris etməyi hədəfləyən disiplinlərarası və tətbiqi yanaşmanı əsas götürən təhsil fəlsəfəsinin adıdır. Ölkəmiz STEAM əsaslı təhsilin geniş yayılmasını milli strateji hədəf kimi görür və STEAM əsaslı təhsil müəssisələrinin sayı sürətlə artır.
R.ABİŞOV
XQ