SABAH qruplarına qəbul imtahanlarının ikinci mərhələsi başlayıb

post-img

SABAH qruplarına qəbul imtahanlarının ikinci –müsahibə mərhələsi başlayıb. Onlay formada geçirilən imtahanlardan sonra yeni tədris ilində bu qruplarda təhsil alacaq tələbələrin adları açıqlanacaq.

Qeyd edək ki, SABAH qrupları savadlı, bacarıqlı və innovativ səriştələr əldə etmiş gənc nəslin formalaşması və iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi üçün əhəmiyyətli imkanlar yaradır.

SABAH qrupları müəyyən ixtisas üzrə peşəkar mütəxəssis olmaq istəyən hər bir tələbəyə yeni imkanlar açır. Bu qrupa qəbul olan tələbə oxuduğu ixtisasın ən yüksək səviyyədə tədrisinin təşkil olunduğu ali təhsil müəssisəsinə köçürülür. Həmin qruplara da keyfiyyətli tədris bacarığı ilə seçilən müəllimlər dərs deyir. Başqa sözlə, müəyyən ixtisas üzrə ən yaxşı tələbələr və müəllimlər vahid məkana gətirilir.

SABAH qrupları burada təhsil alan tələbələrə fərqli gələcək, əmək bazarında daha tez və asan iş tapmaq perspektivi vəd edir.  SABAH qrupları nəticə etibarı ilə həm də dövlətin təhsilə, gənclərə qayğısı deməkdir. Bu baxımdan SABAH qruplarının yaradılması ali təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblərə uyğun kadrların sayının artırılması istiqamətində atılmış əhəmiyyətli addım kimi qiymətləndirilir.

Züleyxa ƏLİYEVA,  

BDU-nun tələbəsi

Təhsil